Sual-Cavab

Mənim 55 yaşım var. Burada mənim yaşımda olan insanlara təlim keçirilir?

Bəli, təlimlərimizə yaşından asılı olmayaraq, hər kəs iştirak edə bilər.

Proqrama nələr daxildir?

Diaqnoz və istəkdən asılı olaraq, müxtəlif istiqamətlər üzrə proqram təklif olunur.

Yalnız bir mərhələdə iştirak edib, effekt əldə etmək olar?

Əgər sizə 4 mərhələli kurs təyin edilibsə, hamısında iştirak etmək vacibdir. Proqramın materialları zənzirvari şəkildə bir-biri ilə bağlıdır. Yalnız bir hissəsini mənimsəmək nitq problemini həll etmir. Əgər yalnız bir xidmət üzrə kurs istəyirsinizsə, (misal üçün, yalnız düzgün nəfəs almaq, yalnız 1 tədbirdə çıxış etmək üçün artıq hazır vəziyyətdə olan çıxış mətni ilə iş və s.) bunu bir neçə təlimlə həll etmək mümkündür.

Diksiya Akademiyasında səsi dəyişmək mümkündür?

Səsi əvvəlki ilə müqayisədə xeyli dərəcədə dolğunlaşdırmaq, tonunu qaldırmaq və səsin imkanlarından ən səmərəli şəkildə yararlanmaq üçün xüsusi məşqlər edilir.

Qrup və fərdi təlimin bir-birindən fərqi nədir?

Qrup təlimlərində ümumi problemi olan şəxlər birləşdirilir: söz ehtiyatı azdır, fikrini dolaşıq ifadə edir, çıxış kompleksi var və s. Fərdi təlimlərdə də bu sadalananlar icra edilir. Sadəcə, daha xırda detalları fərdi təlimlərdə incəliklə işləmək mümkündür. Misal üçün, C-Ç və ya K-G hərflərinin qüsurlu tələffüzünü daha çox fərdi təlimlərlə aradan qaldırmaq mümkündür.

Sınaq dərsi var?

Xeyr, amma yalnız bir dərsin ödənişini etməklə, təlimdə iştirak etmək mümkündür.

Konsultasiya ödənişsizdir?

Bəli, ödənişsiz konsultasiyada iştirak etmək mümkündür. Burada siz təlimçi ilə 20 dəqiqə söhbət edirsiniz, sizin probleminizə baxılır, diaqnoz qoyulur, buna uyğun proqram tərtib edilir. Təlimçi sizin üçün ən uyğun variantı təklif edir.

Təlimlərinizə necə baxa bilərəm?

Bizi sosial şəbəkələr vasitəsilə izləyə bilərsiniz. Bundan başqa, saytımızın “Qalereya” bölməsində foto və videolarla tanış olmaq imkanınız var. Həmçinin, yutubda bizə aid müvafiq materialları da izləmək mümkündür.

Ağız tənbəlliyi, ağız aparatı dedikdə nəyi nəzərdə tutursunuz?

Bütün hərflərin (səslərin) tələffüzündə dil, dişlər, dodaqlar, çənə iştirak edir. Bu orqanlardan hər hansında problem olarsa (çənənin irəli-geri olması, dişlərin tökülməsi, uğursuz estetik müdaxilə, “dovşandodaqlıq” , dodaqların formasının normal olmaması və s) və yaxud passiv hərəkət edərsə, səslər qüsurlu tələffüz edilir. Səslər sözləri, sözlər cümlələri, cümlələr ümumilikdə, sizin nitqinizi əmələ gətirir. Buna görə də ağız tənbəlliyindən qurtulmaq lazımdır. Əks halda, sözlər “ağıdan töküləcək”.

Vaxtı biz təyin edirik yoxsa təlimçilər?

Ortaq məxrəcə gəlinir.

Mən iş həyatımda daha yaxşı danışa bilmək üçün diksiya təlimlərinə qatılmaq istəyirəm. Məsləhət görülürmü?

Düzgün danışığı öyrənənlər həyatın istənilən budağında özlərini daha fərqli formada təqdim edirlər. İşdə, dostlar içində, ailə və qohumlar arasında onun nüfuzu artır, özünə qarşı fikirlər dəyişir, müsbət reputasiya formalaşdırırlar. Belə şəxslər iş yerlərində təşkil edilən iclaslarda, müxtəlif şənliklərdə bəlağətlə danışır, hər kəsi heyran qoymağı bacarırlar. Hətta ən mükəmməl layihə belə, prezentasiya vaxtı uğursuz nitqlə tarixə gömülə bilər. Buna görə də çəkilən əziyyəti uğurlu təqdimatla taclandırmaq lazımdır.

Ödənişi hissə-hissə edə bilərəm?

Ödəniş tam şəkildə əvvəlcədən qəbul edilir. Bəzən istisnalar etmək mümkündür.

Dərsləri təxirə sala bilərəm?

Təlim təlimçi tərəfindən üzrlü səbəbdən təxirə salınarsa, (adətən, bu hal bizdə müşahidə edilmir), həmin dərs mütləq konpensasiya olunur. Fərdi dərslərdə müştəri ən azı 1 gün öncədən xəbər etməklə, yalnız 1 dəfə dərsi təxirə sala bilər. Bu, təlim sayından çıxılmır. Qalan hallarda (hətta 1 gün öncə xəbər edilsə də) dərs təxirə salındıqda, təlim sayından çıxılır. Qrup dərslərində hətta öncədən xəbərdarlıq edilsə də, iştirakçı tərəfindən buraxılan heç bir dərs konpensasiya edilmir.

Təxminən nə nə qədər sonra nitqimdən fərq hiss edə bilərəm?

Elə ilk dərsdən öyrəndiyinizin nəticəsini hiss etməyə başlayacaqsınız.

Evə tapşırıq verirsiniz?

Daha qısa zaman ərzində nəticə əldə etmək istəyirsinizsə, yeni sözlər öyrənmək, kiçik çıxışlar etmək və s. istiqamətlər üzrə asan tapşırıqlar verilir. Bunları həll etmək üçün uyğun yollar göstərilir. Misal üçün, çıxış mətn səsləndirilib telefona yazılır. İştirakçı yolda olarkən sadəcə, dəfələrlə dinləyi və mövzunu mənimsəmiş olur.

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.