Səlis, qüsursuz danışmaq istəyən hər kəs üçün xidmət göstəririk.
Danışanda fikrimi dolaşıq ifadə edirəm, lazım olan sözləri dərhal tapıb aydın danışa bilmirəm – deyirsinizsə, diksiya təlimləri almağın zamanı çatıb!
Biz kimik?
İnsan ətrafındakılarla ünsiyyəti danışaraq və yazaraq təmin edir. İnsanın ətrafındakılarla müsbət münasibətlər qura bilməsində ən vacib şərt məhz sahib olduğu gözəl nitqdir. Gözəl danışıq qabiliyyətinə malik olan insanın başqaları üzərində çox böyük təsiri olur, o, hörmət qazanır. Gözəl danışmaq – fikrin içində ifadə səhvlərinin olmadığı səsli izahı deməkdir.
Diksiya sözü də elə gözəl və qüsursuz danışıq anlamının sinonimidir. Gözəl danışmaq – fikrin içində ifadə səhvlərinin olmadığı səsli izahı deməkdir. Diksiya sözü də elə gözəl və qüsursuz danışıq anlamının sinonimidir.
Təlimçilər
Danışığınla həyat qazan
"Danışığınla həyatı qazan" kitabı maraqla dinlənilmək, qəbul olunmaq, seçilmək və hədəflərə çatmaq üçün doğru və təsirli ünsiyyət qurmağın yollarından bəhs edir. Kitabda nitq qüsurlarının aradan qaldırılması üsulları geniş izah olunub, gözəl danışıq qabiliyyətinə sahib olan insanların mövzu ilə bağlı maraqlı həyat hekayələri yer alıb. Kitabda düzgün nəfəs almaq, dolğun səsə sahib olmaq, ağız tənbəlliyini aradan qaldırmaq üçün şəkilli məşqlər göstərilib.